MƏN SƏNİ UNUDA BİLMİRƏM AXI
						Mən səni unuda bilmirəm, axı
 Unutsam nələri unudam gərək
 Göylərə baxmışıq aylı gecədə
 Unutsam göyləri unudam gərək! Dənizi unudum, ya dalğaları?
 Xatirən yadımdan çıxaydı barı
 Payızda xəzanı, qışdasa qarı
 Baharda gülləri unudam gərək! De, necə unudum mən səni, necə?
 Sevgi durna deyil payızda köçə
 Yuxuma gəlirsən mənim hər gecə
 Ayları, illəri unudam gərək! Sənin xəyalındır həsrətlə baxan
 Adındır hər saat qarşıma çıxan
 Qarışıb şəklinə gözümdən axan
 Yağışı, selləri unudam gərək! Sinəmdə peşiman ürəyim qaldı
 Uçdun əllərimdə lələyin qaldı
 Nələri itirib, bax nəyim qaldı
 Nələri, nələri unudam gərək!
Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 94 Bölmə: Sevgi şerləri
loading...