Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevirəm Ilk Eşqim Sevirəm Səni

Bir yerin ağrisa ağriyar canim,
Ey mənim damarda axan bu qanim.
Səni sevdiyimi de necə danim,
Sevirəm ilk eşqim sevirəm səni

Səni sevmək üçün yaranmişam mən,
Səni hər dəqiqə bil anmişam mən.
Dünyaya cahana səs salmişam mən.
Sevirəm ilk eşqim sevirəm səni.

Unutsan sən məni gor qazaram mən,
Əgər çixib getsən tez azaram mən.
Dağlara daşlara bil yazaram mən,
Sevirəm ilk eşqim sevirəm səni.

Ağaclar baş əyir mənim sevgimə,
Eşqlər çata bilməz mənim eşqimə.
Hər zaman deyəcəm salib dilimə,
Sevirəm ilk eşqim sevirəm səni.

Çatsada sevgimiz bir gün bil sona,
Qoymaram ilk sevgim kül olub yana...
Ayrilan zamani deyecəm ona,
Sevirəm ilk eşqim sevirəm səni.

Yadlar ara vursa bil sevirəm mən,
Gözün gözlərimdə bil xoşbəxtəm mən.
Ölürəm gör yenə nə deyirəm mən,
Sevirəm ilj eşqim sevirəm səni


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 71 Bölmə: Sevgi şerləri
loading...