beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Duya Bilmedin

Səni taleyimin özü bilirdim,
Bir odlu sevginin közü bilirdim,
Səni məhəbbətin özü bilirdim,
Sən duya bilmədin bu məhəbbəti.

Hər dəqiqə, hər an gərəyim idin,
Suyumdun, havamdın, çörəyim idin,
Mən elə bilirdim ürəyim idin,
Sən duya bilmədin bu məhəbbəti.

İndi gümanlarım gümansızdı, bil,
Verdiyim qərarım amansızdı, bil,
Daha məhəbbətim ünvansızdı, bil,
Çünki sən duya bilmədin bu məhəbbəti.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 66 Bölmə: Sevgi şerləri