Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən vəMən...

Ayrı –ayrı doğulmuşuq bu dünyada, sevgilim
Məhəbbəti oxumuşuq nağıllarda, sevgilim
İllər keçib, indi Sənlə bir olmuşuq, sevgilim
Sən vəMən...

Bir şəhərdə böyümüşük bir – birimizdən xəbərsiz
Eyniyolda yerimişik, təsadüfən, ya səbəbsiz
Gözlərimiz toqquşanda nə hiss etdik iradəsiz...
Sən vəMən..?

Anladıqki, bu həyatda bir olmaqçün yaranmışıq
Görən niyə bu qədər vaxt ayrı – ayrı dolanmışıq?
Sevgimizi etirafçün bu gün burda dayanmışıq
Sən vəMən...

Bundan sonra Sənsiz bircə günüm olsun istəmirəm
Daha hərgün yuxularda gəlməyini gözləmirəm
Əbədiyyən sevgimizə qol çəkirəm, söz verirəm
Sən vəMən...

Sevincində,kədərində sevgimizin yolundayıq
Xoş günündə, dar günündə, hara getsə yanındayıq
Nəhayətki, uzun çəkən ayrılığın sonundayıq
Sən vəMən...


Tarix: 31.05.2013 / 19:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 365 Bölmə: Sevgi şerləri
loading...