Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Birdə Baxsan Mənə.

Baxışın qəlbimi incitmişdir;

Bu baxışdan, bu duruşdan əl çək.
Bir də baxsan mənə, iş bitmişdir;
Bir də baxsan mənə, fikrim dönəcək.

Yenidən uyğusu qaçmış gecələr,
Sevgilər, fırtınalar başlanacaq.
Ayrılıqlar, qarışıq bilməcələr...
Yanacaq sıtmalı ruhum, yanacaq!

Bu baxışdan, bu duruşdan əl çək!
Yoxsa könlümdəki qızğın şimşək
Üstünə od sovurar hər yerdən.

Orda dur, burda dayan, hey bəklə,
Səni tale günəşim güdməklə
Keçməsin qorxulu vadilərdən.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 82 Bölmə: Sevgi şerləri
loading...