beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayrilmaq Gerekse Ayrilaq Gerek...

Her zaman sevginle yanacaq ürek,
Bu günden qırılır qanadım, qolum,
Ayrılmaq gerekse, ayrılaq gerek,
Senin öz taleyin, menim öz yolum..

İndi ikimiz de uzaq bir seda,
İntizar birinde, giley birinde..
Çiçeyim, ebedi ne var dünyada?
Herden ulduzlar da qalmır yerinde..

Aradan perişan yeller esecek,
İsinib-soyuyar uzaq menzilin,
Menim meslekdaşım - vefalı külek
Yanıma uçacaq her qopan telin..

İçinde o qeder nida var, ses var
Hönkürme külekler menden deyende..
Ellerin toxunsa, mavi dalğalar
Adımı çekecek lepedöyende..

Dolub-boşalmaqda bu Sahil bağı,
Her yarpaq "elvida" söyleyen bir el,
Sene tapşırıram tenha qovağı,
Darıxsan gel onun yanında kövrel..

Ayrılmaq gerekse, ayrılaq gerek!
Ne ferqi, günahkar kim oldu, kimdi,
Lengime! Ya gerek birlikde ölek,
Qorxursan? Gel ele ayrılaq indi..


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 143 Bölmə: Sevgi şerləri