beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənli Günlər

Sənə təsvir etmək istəmirəm heç
Üç gündür gəlmirsən, darıxdım necə
Bəlkə günahkaram, günahımdan keç
... Mənə uzun gəldi üç səhər, gecə



Pərişan göründün bugün gözümə
Bəlkə ürəyinə dəyən olubdur
Belə məlul-məlul baxma üzümə
Bir söylə, gözlərin niyə dolubdur?




Sənin qəribə bir baxışların var
İnsanın qəlbinə nüfuzu dərin
Kədəri bir anda ürəkdən qovar
Baxışın qəlblərə su səpər sərin



Könül dostum, baxma belə qəmli mənə
Bu baxışın qəlbimi didər dağıdar
Həsrətdən görürsən əyilib qəddim
Gözlərim gözündə min sevinc arar



Sənin yollarında bitib qalmışdım
Sən isə görmürdün məni o zaman
Bir eşqin ağrısın səndən almışdım
Şam idim yolunda yanırdım inan



Sənli günlərimi yadıma salıb
Unuda bilmirəm səni nədəndir?
Kövrək baxışların üzümdə qalıb
İllər quş qanadlı olub keçəndir.



Yenə səni gördüm, bu gecə yenə...
Oyanıb yuxuya həsrət qalmışam
Bir qulam sinəmdə ürək deyənə
Mən sənsiz qalmışam, sənsiz qalmışam



Söylə görüm nədir mənim günahım?
Əldən gedir, dinim, eşqim, imanım
Özü suçlu, məni suçlu sananın
Qulaq as gör nə deyirəm mən sənə,
Bircə dəfə öz suçunu görsənə!



Mən səni sevirəm, leyli tək gülüm
Boş boşuna gedir bu gözəl ömrüm
Səni hər görəndə ağrayır könlüm
Səni həmişəlik sevməkçün söndüm



Sənli günlərimi xatırlayarkən
Lənət edirəm mən o gözəl günə
Başıma yastığa vurub ağlarkən
Yaşlı gözlərim dözməyir dərdə..



Baxışın üzümdə donub qalıbdır
Niyə dayanıbsan sən heykəl kimi?
Gedişin sinəmdə çığır salıbdır
Unutmaq çətindir ağır itkini



Yamyaşıl ağaclar geyinib qara
Göydə ulduzları kim salıb tora?
Bu xəyal gör məni gətirdi hara
Düşmüsən yadıma bilsəydin necə
Heyif ki, düşündüm səni bu gecə



Mən yağan yağışam, dolan buludam
Gözümün yaşını saxlayım necə
Gülüzlüm, mən səni çətin unudam
Ağlaram sinəmdə hər gün hər gecə..



Bir gözəl görəndə əridin, axdın
Yandırıb könlümü, odlara yaxdın
Dünəndə üzümə hiddətlə baxdım
Əhdini unudan sən olmadınmı?


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 255 Bölmə: Sevgi şerləri