beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alin Yazimdasan

Hara baxıram sən ordasan, yanımdasan

Adın dilimin əzbəri, əlimdəki sazımdasan

.......

Sən olmusan varım, yoxum, tək diləyim

Dərd ortağım, зoxumda həm azımdasan

.......

Necə unudaram səni, ьrəyimin arzusunu

Bağlanmısan qədərimə, alın yazımdasan

.......

Nə fərq edər ayların, fəsillərin dəyişməsi

Sən həm qışım həm baharım yazımdasan

.......

Sənsən səslədiyim, Allahımdan istədiyim

Tanrıya etdiyim hər duada, niyazımdasan

.......

Xəyalinlə gьlərəm xəyalinlə mən ağlaram

Hər sevincimdə, axan gцz yaşlarımdasan

.......

Səndən əvvəl də yaşayırdım heз bilmirəm

Tək bildiyim bu gьnьmdə, sabahımdasan

.......

De səni sevmək niyə gьnahdır niyə yasaq

Yaşadığım hər gцzəllikdə, səvabımdasan

.......

Sanma ki əl зatmazımsan, cox uzaqdasan

Damarımdaki qan, candan цtə canımdasan

.......

Sənsiz heз olmadım qalmadım, olmaramki

Axı зəkdiyim hər nəfəsdəsən həyatımdasan


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 133 Bölmə: Sevgi şerləri