beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən Artıq Sənin Deyiləm!!!

İndi gedəcəyəm,tək qalacaqsan
Sıxacaq bu çılpaq divarlar səni.
Özün öz evində mənə qonaqsan
Bir azdan kədərlər qovarlar səni...
Çağırma!!!
Özünə qayıdar səsin
Səsin divarlarda sürüşəcəkdir.
Çırpınıb içində bu daş qəfəsin,
Xəyalən əksimlə görüşəcəkdir.

Güzgü yaddaşında nə qalacaqki?!
Xumarlı gözlərmi,pərişan telmi?
Yalandan gözünü yumacaqsan ki,
Yatasan...
Tərslikdən yuxunda gəlmir...
Boş qalan stulda görünər yerim,
Otağın bir həsrət odası olar.
Pilləri döyən ayaq səslərim
Ürək döyüntünün sədası olar
Sükut qanadını üstünə sərib,
Boşalan ürəyin dolacaq yenə.
Külqabı içində baş-başa verib
Ölü siqaretlər qalacaq sənə...

Elə qəmli baxma!!!
İzin ver gedim...
Sənin biçin yerin,zəmin deyiləm.
Yalın ayağımla həmdəmin idim
Geyindim...
Mən artıq sənin deyiləm


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Sevgi şerləri