Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir Payiz Axwami

Bir payız axşamı unut deyirsən
Tərk edib özgəyə çıxıb gedirsən
Mənə yalan söylə, deki sevirsən
Bəlkə bundan sonra unudam səni

Bu yol hara gedir zülmət, çala, dar
Aç bax, bu qəlbimi orda sevgin var
Gəl xəncər götur bu qəlbimi yar
Bəlkə bundan sonra unudam səni

Geyin sən əyninə beylik kostyumu
Söylə mənə budurmu eşqinin sonu?
Gözümün önündə öpərsən onu
Bəlkə bundan sonra unudam səni

Qüssə, kədər sarsa dörd bir yanımı
Alıb damarımdan çəkin qanımı
Yalvar sən tanrıdan alsın canımı
Bəlkə bundan sonra unudam sən...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 119 Bölmə: Sevgi şerləri
loading...