beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən Getsən

Gedirsən get qəlbim daşdır dözəcək,
Görək bu ayrılıq kimi üzəcək
Bir gözün həmişə məni gəzəcək...
Anasız ağlayan körpələr kimi.


Dərdə yox,dərdimdən güləcəyəm mən
Varlığını yoxluq biləcəyəm mən,
Səni yaddaşımdan siləcəyəm...
Sahibi dəfn olan nömrələr kimi...


Həsrətdən vücüdun sınıxacaqdır,
Hələ dilin tez-tez karıxacaqdır,
Ürəyin mənim üçün darıxacaqdır
Yuvası dağılan sərçələr kimi!


Unutma bu dünya çox böyük deyil...
Bir gün qarşılaşsaq küçədə qəfil,
Əzizim o,zaman günahını bil,
Soyuq salam versəm özgələr kimi!...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 66 Bölmə: Sevgi şerləri