Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aglamaqcun Gozden Yawmi Axmali

Ağlamaq üçün gözdən yaşmı axmalı?
Dodaqlar gülərkən, insan ağlaya bilməzmi?

Sevmək üçün gözələmi baxmalı?
Çirkin bir tendə gözəl bir ruh, qəlbi bağlaya bilməzmi?

Həsrət; darıxılandan uzaq qalmaqdırmı?
Darıxılan yaxında ikən hicran hiss edilə bilməzmi?

Oğurlur; pul, mal oğurlamaqdırmı?
Səadət oğurlamaq, oğurluq olmazmı?

Solması üçün gülü budağındanmı qoparmalı?
Çəhrayı bir qönçə ikən, gül budağında solmazmı?

Öldürmək üçün silah, xəncərmi olmalı?
Saçlar tənəklik, gözlər silah, gülüş güllə ola bilməzmi?


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 92 Bölmə: Sevgi şerləri
loading...