beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

UREYINDE OLECEYEM

Gözlərində sevgi gördüm, elə onda doğuldum mən,
Sən bir kədər yaşadınsa, qəhərləndim, boğuldum mən,
Ürəyinə dərd düşəndə parçalandım, dağıldım mən,
Nəyin varsa, mənə gəlsin, dərdlərini böləcəyəm,
Ürəyində doğulmuşam, ürəyində öləcəyəm!

Gedəsi bir yerim yoxdur, ürəyindir mənim yerim,
Ayağına daş dəyərsə, ağrın mənə gəlsin görüm,
Ürəyimi istə məndən düşünmədən o an verim,
Zəhmət etmə, mən köksümü öz əlimlə dələcəyəm,
Ürəyində doğulmuşam, ürəyində öləcəyəm!

Yaşamağa sənim varsa, daha zaval yoxdu mənə,
Döyünəcəm ürəyində, ruh verəcəm hər an sənə,
Hər günündə, hər ayında, hər ilində olum yenə,
Sənin üçün əbədiyəm, sənin üçün gələcəyəm,
Ürəyində doğulmuşam, ürəyində öləcəyəm!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 51 Bölmə: Sevgi şerləri