Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mehebbet

Sirri bilinməyən bu sehr nədir,
Niyə çıxmaq olmur cazibəsindən?
Nə tufan qoparır, nə haray çəkir,
Qulaqlar tutulur qəlbin səsindən!

Təriflər deyilir, sözlər qoşulur,
Dastan da yazılır hələ sevgiyə.
Bəzən ömrü olur, müddəti olur,
Onda nə ad verək belə sevgiyə?

Kimi Məcnun olub düşür çöllərə
Leylidən başqasın görmək istəmir.
Kimi aciz olub düşür dillərə
Sevginin yolunda ölmək istəmir.

Toruna düşərsə doğru yalanın,
Məhəbbət yarası dərində olar.
Yaranıb yaşamaq haqqı olanın
Həyatı kiminsə əlində olar!

Kimin ki, qəlbində Allah eşqi var,
Göylərə qaldırar məhəbbət onu.
Nə vaxt ki, sevginin sirri açılar,
Bəlkə də, ondadır dünyanın sonu...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 83 Bölmə: Sevgi şerləri
loading...