beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ANLADIM

Bu qədər zaman mənə izah etməyə
çalışdığını, özümü
tapdığımda anladım.

Hər kəsin xoşbəxt olmaq üçün başqa bir yolu
varmış,

Öz yolumu çəkdiyimdə anladım..

Bir tək yaşanaraq öyrənilərmiş həyat,
oxuyaraq, dinləyərək deyil..

Bildiklərini mənə niyə
izah etmədiyini, anladım..

Ürəyində eşq olmadan keçən hər gün
itkinmiş,

Eşq arxasından niyə
qaçdığını anladım..

Ağrı zirvəyə çatdığında
gözyaşı gəlməzmiş gözlərdən,
Niyə heç ağlamadığını
anladım...



Ağlayanı güldürə bilmək, ağlayanla
ağlamaqdan daha qiymətliymiş,

Gözyaşımı gülüşə çevirdiyində
anladım..

Bir insanı hər hansı biri incidə bilər, amma bir
tək ən çox sevdiyi ağrıda bilərmiş,

Çox ağrıtdığında anladım..

Lakin,dəyərmiş sevilən onun üçün tökülən hər
damla gözyaşını,
Gözyaşlarıyla birlikdə sevinclər
tərk etdiyində anladım..

Yalan danışmamaq deyil, gerçəyi
gizləməməkmiş bacarıq,

Ürəyini əlimə qoyduğunda anladım..

"Sənə ehtiyacım var, gəl ! "
deyə bilməkmiş güclü olmaq,

Sənə "get" dediyimdə anladım..

Biri sənə "get" dediyində, "qalmaq istəyirəm"
deyə bilməkmiş sevmək,

Get dediklərində getdiyimdə anladım..



Sənə sevgim ərköyün bir
uşaqmış, hər yıxıldığında için-için ağlayan,
Böyüyüb mənə sıx
sarıldığında anladım..

Üzr istəmək deyil, "bağışla məni" deyə
qışqırmaq istəməkmiş peşman olmaq,

Həqiqətən peşman olduğumda anladım..
Və qürur, itirənlərin, acizlərin maskasıymış,

Sevgi dolu ürəklərin qüruru olmazmış,

Ürəyimdə sevgi tapdığımda anladım..

Ölərcəsinə istəyən, gözləməz, yalnız ümid edərmiş
bir gün bağışlanılmağı,

Məni bağışlamanı ölərcəsinə istədiyimdə
anladım...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 110 Bölmə: Sevgi şerləri