Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgiliyə Son Məktub

Salam gözəl sevgilim, necəsən?
Mənsiz həyata necə dözürsən?
Gözlərindən yaş əksildimi?
Yoxsa unutmusan artıq məni?

Tanrı sanki səni həkk edib qəlbimə,
Məndən asılı deyil, bağlıyam sənə!
Unuda bilməyəcəm səni, inan!
Sevmişəm və sevəcəm hər an…

Hardan biləydim dünya yalandır?
Sevgiyə qarşılıq xəyanət vardır?
Hər baharın sonu borandır, qardır?
İnsan nə tez yaddan çıxarmış…

İndi artıq məni unuda bilərsən…
İstəsən başqasının da ola bilərsən…
Çünki mənim sevdiyim o gözəl
Artıq sən deyilsən !!!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 71 Bölmə: Sevgi şerləri
loading...