beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ilk Baxisla Basladi Her Sey

O gün o an ən çətin zamanında tanıdım ilk dəfə səni,
ümüdsüzlüklə dolu gözlərində gördüyüm həyatının
bütün yaralarına şərik olmağ istədim oldumda.
Bəlkəmdə doğru bir zaman doğru bir an deyildi
ancağ ümüdsüz bir gəmiyə yelkən açıb onu
qərib dənizlərin fırtınasından sakit ama sevgiylə dolu
adanın sahilinə çatdırmaq istədim çatdırdımda.
Həyata qarşı dirənci olmayan,qanadı qırıq quş təki idin,
bir daha uça bilməyəcəyin göylərə
adını buludlarla yazmağ istədim yazdımda!
Sənə bu həyatda yaşadığın hər acının qarşılığın
ödədiyin o göz yaşlarının hər damcısının əvəzini
sənə xoşbəxt günlərimizlə yaşadacam demişdim yaşatdımda!
O ilk görüş yadindadır? gözlərimi gözlərindən ala bilmirdim,
ilk dəfə o zaman gözlərində gördüyüm o həyata,
sənə sevirəm dedim yadındadır?
Bir damcı göz yaşın qədərində silib unuda biləcəyin
o acıların hər gününü sənə sevgiylə dolu xoşbəxt günlə ödədim.
Hər keçən gün sənə olan sonsuz sevgim
qədərini aşdıqca sevgindən dəli olurdum.
Hər keçən günümün hər keçən gecəmin
sənlə olan hər anımın xatirəsi var qəlbimdə.
Deyirlər gecələr uzun olur amma mən hər gecəni səni düşündükcə
zamanın qəribə bir oyununa şahid olurdum.
Sanki zaman önə doğru yox tam əksinə geriyə doğru gedirdi,
bilirəm qəribə duyğudu amma mən hər gecəni sənlə zamanın əksinə doğru
xəyala dalmağdan yuxunun nə olduğunu unutdum.
Həyatda heç zaman hiss etmədiyim ən böyük duyğu ata sevgisidi
mən səni o duyğudanda üstün tutdum.
Sənə bu həyatda gecənin gündüzə bağlı olan sevgisindəndə
böyük bir sevgi bəxş etdim sən isə hər şeyi bir oda üfürüb kül etdin.
Mən sənə dayanma zamana doğru qaç dedim həyata iki əllə tutun dedim
sevgimə qarşılıq məni sev dedim,sən isə qaçarağ zamandan itdin gözümdən
sevgimə qarşılıq aldım ayrılaq sözündən.
Elə bil bir yaz idin ömrümdə səni payız apardı getdi ilk baxışdan başladı sonu bax belə bitdi...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 192 Bölmə: Sevgi şerləri