Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

GƏLMƏDİN

Vədə verib mənə, gəlləm demişdin,
Gözüm qaldı intizarda, gəlmədin.
Sənsiz mənim ağlamaqdı munisim,
Mənsur kimi qaldım darda, gəlmədin.

Əlif qəddim əydi hicran məlalı,
Necə xəlq eyləmiş qaşın hilalı,
Saldı məni qəmə zülfün xəyalı,
Məni qoydun eşq barda gəlmədin.

Mən elə Aşıqəm ey vədə xilaf,
Nizəni ahundan çərx olar şikar,
Belə olar ay bimürvət, nainsaf,
Getdi əldən ixtiyar da gəlmədin.


Tarix: 21.04.2013 / 19:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 326 Bölmə: Sevgi şerləri
loading...