beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

CUNKI SEN HEC SEVMEMISEN (Azer Wirin)

Hər zamanki yuxulardan oyanırsan
Min bir rəngə boyanırsan
Mən yağışda, sənsə evdə dayanırsan
Çünki sən heç sevməmisən...

Ürəyində arzuların qanadlanır
Gözlərində alovlanır
Mən səninlə, sənlə kimsə maraqlanır
Çünki sən heç sevməmisən...

Sözlərimin mənasına varmamısan
Hisslərimi duymamısan
Mən kül oldum, sən ki, heç vaxt yanmamısan
Çünki sən heç sevməmisən...

Toxunduğun divarlarla danışmırsan
Kölgələrlə dalaşmırsan
Bircə dəfə barışmağa çalışmırsan
Çünki sən heç sevməmisən...

Nə bir xəbər yollamısan, soruşmusan
Yalanlara qarışmısan
Tək qalmışam, sən təkliyə qovuşmusan
Çünki sən heç sevməmisən...

Nə biləsən həyat verən bir ürəksən?!
Həm şeytansan, həm mələksən
Təəssüf ki, yanıldığım həqiqətsən
Çünki sən heç sevməmisən...

Əlbət bir gün sel yuyacaq gözlərini
Yer bükəcək dizlərini
Təkrar elə özgələrin sözlərini
Çünki sən heç sevməmisən...

Darıxanda çəkməmisən son nəfəsi
Ürəyində yanğı səsi
Sən danışma, qoy anladsın bir özgəsi
Çünki sən heç sevməmisən...


Tarix: 31.05.2013 / 18:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 330 Bölmə: Sevgi şerləri