Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aldadim

Yoldan ötən xanımlara
Baxım, gözümü aldadım.
Qoy özgələr aldadınca,
Özüm özümü aldadım.


...Ömrüm-günün bu cağında
Nə umuram sabahımdan?!
Oturum yol qırağında
Yorğun dizimi aldadım.


Başım dik, belim bükülü,
Yanmışam külüm tökülür,
Bir az üfürüm bu külü,
Sönən közümü aldadım.


Ömrümün son gecəsində,
Üstümü əcəl kəsəndə,
Ölməyim son nəfəsimdə,
Son nəfəsimi aldadım...


Tarix: 30.03.2013 / 17:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 238 Bölmə: Sevgi şerləri
loading...