Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəbirdən gələn səs

Dünyada ən rahat yer
qəbir evidir ancaq.
Vardı bir can borcumuz,
borcu verdik qayıtdıq.

Başımıza qaxmasın
xərcimizi çəkənlər,
Canımız bahasına
xərci verdik qayıtdıq.

Endik torpağın üstən,
düşdük torpaq altına.
Qalanı təslim etdik,
bürcü verdik qayıtdıq.


Tarix: 26.03.2013 / 19:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 178 Bölmə: Sevgi şerləri
loading...