beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəngli əriştəli salat
Rəngli əriştəli salat

MATERİAL SİYAHISI:

2 su b. Çiçək əriştə
1 kasa qarğıdalı
1 dəstə qarışıq göyərti
1 kasa turşu
Çuğundur turşusu suyu
5 dilim vetçina
1 dəstə cəfəri
Limon
Zeytun yağı

İÇİ:

Çiçək əriştə suda qaynadırıq. Duzunu atırıq. Pörtən əriştə də ikiyə bölürük, yarısının üzərinə az çuğundur suyu töküb qarışdırırıq. 5 dəqiqə gözlədirik, əgər çuğundur suyu qalarsa süzürük.

Qarışdırma qabına iki rəngli əriştə qoyuruq. Misiri tökürük. Cəfəri, turşu və vetçina doğrayırıq. Hamısını qarışdırma qabına əlavə edirik. Limonu sıxırıq. zeytun yağını tökürük, qarışdırırıq. Boşqaba qarışıq göyərti qoyuruq, üzərinə salatı tökərək servis edirik.


Tarix: 14.05.2015 / 14:26 Müəllif: Nurana Baxılıb: 60 Bölmə: Salat tarifleri