beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meyvə səbəti resepti ))

Bayram süfrələrinizi bəzəyərkən gözəl və qeyri adi bir şeylər etmək istəyirsiniz? Bunun üçün sizlərə meyvələrin süfrəyə verilməsi üçün maraqlı bir ideya təklif etmək istəyirəm.

Tərkibi:
alma
ağ üzüm
qara üzüm
vişnə
çiyələk
diş çöpü

Hazırlanması:
Hər bir səbəti almadan düzldəcəyik. Almanın baş hissəsini yarım barmaq qalınlığıda kəsib çıxarırıq və gül formasında kəsirik. Almanın içini qaşıq vasıtəsilə çixarırıq. Almalar qaralmasın deyə üzərinə limon suyu sıxırıq. Meyvələri almanın içinə yığırıq. Hazırladığımız çiçəyi də diş çöpünün vasıtəsi ilə almanın bir tərəfinə sancırıq.
Budur almadan meyvə səbətlərimiz hazırdır.

Nuş olsun!


Tarix: 23.11.2014 / 14:28 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Salat tarifleri