beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhur etmək vacibdirmi?

Sual 125: Səhur etmək vacibdirmi? Rəsulullahın sallallahu aleyhi və səlləm: “Səhurdə bərəkət var” sözündəki bərəkət dedikdə nə nəzərdə tutulur?

Cavab: Səhur fəcrin doğuşundan öncə yemək yeməkdir. Bu müstəhəbdir. Rəsulullah sallallahu aleyhi və səlləm: “Səhur edin, çünki səhurda bərəkət var” buyurmuşdur.
“Səhur edin” əmri irşad məqsədi daşıyır. Bu səbəbdən də bununla bol xeyir mənasına gələn bərəkət əlaqələndirilib.
Peyğəmbərin sallallahu aleyhi və səlləm ard-arda oruc tutduğu günlərdə səhuru tərk etdiyi də rəvayət edilib. Bu isə səhurun fərz olmadığına dəlalət edir.
Səhurun müstəhəb olduğuna dair dəlillərdən də biri də, Peyğəmbəriin öz səhabələrinə əmrə itaətin tam olması üçün bir xurma dənəsiylə də olsa və ya südlə qarışmış az bir miqdar su ilə olsa belə səhur etmələrini əmr etmiş olmasıdır.
Peyğəmbər sallallahu aleyhi və səlləlm demişdir: “Bizim orucumuzla əhli kitabın orucu arasında fərq səhur yeməyidir”.
Hədisdə sözü keçən bərəkət ilə nəzərdə tutulan məna budur: “Səhur edən insanın əməli bərəkətli olur. Çünki səhur yeməyi o gün ona saleh əməllər etməsi üçün güc və qüvvət verir. Belə ki, oruc tutmaq onun namaz qılmasını, zikr etməsini, yaxşı işləri əmr edib pis işlərdən çəkindirməsini çətinləşdirmir. Halbuki səhuru tərk etdiyi zaman az yediyindən yaxud sadəcə axşamlar yediyi üçün saleh əməllər etmək ona çətinləşir”.
İbn Cibrin, Fətəvə əs-Siyam, səh.16-17.


Tarix: 02.04.2013 / 19:36 Müəllif: *Beyaz_Gul* Baxılıb: 182 Bölmə: Ramazan