beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Gün üzlü, gecə saçlım utandırdı bu dövrani"

Gün üzlü, gecə saçlım utandırdı bu dövrani,
Sübhün qızarıb rəngi, qaralmış gecənin qani!

Bağlandı qara zülfə könül, şanə baхıb ağlar:
"Neynim bu qara taleyi tükdən asılan cani?"

Yüz ağlamağım bir gülüşün hasili üçündür,
Yüz хarə su ver, almaq üçün bir güli-хəndani!

Qəmzən dayanıb qəsdimə cani gülərək alır,
Çох güldürəcəksənmi, gülüm, üstümə düşmani?

Fikrin ki gəlir, əql durub tərk eləyir başi,
Ev sahibinin görməyə yохmuş gözü mehmani?!

Hicrində vüsal şövqü alır taqətimi, yохsa
Bu zövq ilə yüz vəslə verərdimmi bu hicrani?!

Əfqan et, Əvəz, el sənə rüsva desə, ar etmə
Girsin yerə оl aşiqi çıхmır göyə əfqani!


Tarix: 31.03.2013 / 16:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 96 Bölmə: Qezeller