beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Bizi Əhli-Beytin eşqi rəhi-Həqqə doğru səslər"

Bizi Əhli-Beytin eşqi rəhi-Həqqə doğru səslər,
Seçilib Xuda tərəfdən çün imamətə o kəslər.

Bu çıraği-dini-İslam Həq iradəsiylə yanmış,
Onu ta çətin keçirtsin hər əsən soyuq nəfəslər.

Gəl əsiri-nəfs olma,qədəm at hüda yolunda,
Su dayanmadan axarsa nə edər bu xarü xəslər.

Əsəfa, zəmanə içrə o zəlalətə sürüklər,
Bəni-Adəmi dəmadəm bu həvavü həm həvəslər.

Salıb əhli-eşqi yarın qəmi-hicri damigahə,
Nə zaman gələr xilaskar o zaman sınar qəfəslər.

O qiyamə az qalan gün yığılar onun yanında,
Sayı üç yüz on üç olsa bax olardı dadrəslər.

Şəhi-övliyadı Qaim,onu gözləyir Qəvimi,
Hər an Əhli-Beytə qarşı ürəyində eşqi bəslər.


Tarix: 31.03.2013 / 16:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 89 Bölmə: Qezeller