beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Könül,gəldi gül əyyami,güzər eylə gülüstanə"

Könül,gəldi gül əyyami,güzər eylə gülüstanə,
Ki,onda bülbüli-təbin gətirsin qönçə dəstanə.

Dila,bu az ömründə cahanı imtahan etdin,
Əcəb olmaz gər ah ilən görürsən cümlə məstanə.

Sərasər əhli-dünyanı,gönül,peşmanşikən kördüm.
Kənar ol əhli-aləmdən,əlindən qoyma peymanə.

Cahan əhlində iş ancaq fəribü məkrdir yeksər,
Gözümdə qaldı ki, bir kəs danışsın sözü mərdanə.

Vəfası əhli-dünyanın dəmadəm ğədrdir,təzvir,
Gözüm,sən etibar etmə bu aləmdə bir insanə.

Qarındaşın isə,ey dil,sözünə etmə gəl bavər,
Qaçıb bu əhli-aləmdən,sığın bir şahi-mərdanə.

Könül,ənqa kimi eylə təriqi-üzləti pişə,
Fəribindən həzər eylə,qərin olma bir insanə.

Vidai-dəhri-dun etsəm,olam qəmnak mən haşa,
Çü əbnayi-zəman məkri yetirmiş Nasiri canə.


Tarix: 30.03.2013 / 15:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 130 Bölmə: Qezeller