beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"O tari-türrəni, ey nazənin, yavaş darə"

O tari-türrəni, ey nazənin, yavaş darə
Ki, bağlıdır neçə yüz min könül o bir tarə.

Könül həmişə sənin bəstəri-qəmində yatır,
Bu rəsmdir ki, əyadət edərlə bimarə.

Vüsalının gecəsi sübh tək olur rövşən,
Fərağının günü zülfün kimi mənə qarə.

Bu qanə dönmüş olan könlümün günahı nədir
Ki, qara zülfüvə hökm eylədin çəkə darə?

Könül onun səri-kuyində oldu min parə,
Yarın məhəlləsinə sağ gedən gəlir parə.

O tari-zülfüvü könlüm kimi edər dərhəm,
Qarışsa naleyi-ahım nəsimi-əsharə.

Gülün cəmalına şəbnəm səpər çəməndə gülab,
Neçün ki, qəşş eyləyirsən çıxanda gülzarə.

Fəraqi-yar ilə nakam can verib gedirəm,
Əya, səba, de sevinsin o bivəfa yarə.


Tarix: 30.03.2013 / 14:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 160 Bölmə: Qezeller