beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Pərvanə kimi yandı könül narə desinlər"

Pərvanə kimi yandı könül narə desinlər,
Bülbül qəmini güldən ötür xarə desinlər.

Göz yaşı töküb sübhə kimi eylərəm əfğan,
Dil yarələnib, yarələrim yarə desinlər.

Çeşmi-siyəhin yarələri yarə görünməz,
Müjgan oxunun yarəsinə çarə desinlər.

Gəl etmə cəfa, eylə vəfa ey qədi-rəna,
İnsaf deyil dərdimi əğyarə desinlər.

Dil yarə, könül qarə, qəmü dərdə nə çarə,
Dərd əhli bilər, dərdi xəbərdarə desinlər.

Məcnun kimi ögrəndi gözüm Leylidə qaldı,
Mənsur kimi çəkdi məni darə desinlər.

Həsrətdü gözüm sübhi görə, sübh açılmır,
Şəb zəhmətini ahilə biçarə desinlər.

Tədbiri-qəza sağ əlimə verdi əsanı,
Nədim məni-biçarə, günüm qarə desinlər.

Söndü gözümün şəmi, günüm qarə geyindi,
Mirzə, cigərin aləmə sədparə desinlər.


Tarix: 30.03.2013 / 14:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 146 Bölmə: Qezeller