beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Mən mayili-hüsnəm, mənə gülzar nə lazım?!"

Mən mayili-hüsnəm, mənə gülzar nə lazım?!
Təklifi-çəmən bir belə təkrar nə lazım?!

Tərğibi-vüsal eyləmə bixud mənə, ey məh,
Müştaqi-fəraqəm, mənə didar nə lazım?!

Aşiq deyib öldürmə məni, çünki el içrə
Bu sirri-məhəbbət ola əfkar, nə lazım?!

“Bir şəm ki, həqdən yana heç badilə sönməz”,
Cəhl olma, əzizim, buna inkar nə lazım?!

Azar ilə, ey mah, sənə mehrim az olmaz,
İndi ki, az olmaz, daha azar nə lazım?!

Yol vermə səri-kuyuna, hər nakəsi olsun
Tovfi-hərəmi-qisməti-zəvvar, nə lazım?!

Üşşaqdən özgə, gözəlim, ol səri-kuya,
Hər bir vələdül-heyz ola zəvvar nə lazım?!

Əğyar gəzə Kəbəyi-kuyunda nə hacət,
Möhtaci-ğəmi-eşqin ola zar, nə lazım?!

Qəndabi-ləbin nuş qılan aşiqə, ey məh,
Meyxanəyi-qəmdən meyi-gülnar nə lazım?!

Vur çəng Əli daməninə dəxi, Sürəyya,
Məddahi-Əli ol, sənə əşar nə lazım?!


Tarix: 30.03.2013 / 14:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 105 Bölmə: Qezeller