beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Ağladım bəski, fərağında, nəfəsdən düşdüm"

Ağladım bəski, fərağında, nəfəsdən düşdüm,
Nalə çəkdim o qədər, axırı-səsdən düşdüm.

İstədim vəslə yetib, canımı qəmdən qutaram,
Məni-qafil, demə, dəryaya Ərəsdən düşdüm.

Görmədim bir nəfəs azad özümü aləmdə.
Gördüyün bu qəfəsə özgə qəfəsdən düşdüm.

Ömr sənsiz o qədər keçdi qəfəs küncündə,
Soldu hüsnün çəməni, mən də həvəsdən düşdüm.

Mən idim gülşəni-hüsnündəki şeyda bülbül,
Bəs ki, fəryad elədim, pak nəfəsdən düşdüm.


Tarix: 30.03.2013 / 14:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 102 Bölmə: Qezeller