beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Söylədim açma şikən nafeyi-Çini-xütənimdən"

Söylədim açma şikən nafeyi-Çini-xütənimdən
Saçılır müşki-Xəta türreyi-ənbərşikənimdən.

Dəşt ahulərinə zülf kəməndin atam hərgah,
Damə raqib olu bu nərkisi-cadu zəğənimdən.

Nazü qəmzəm oxu çox tizidi, xunrizidi, leyk
Etməz üşşaq həzər navəki-Rüstəm fikənimdən.

Nə təəccübdür edə bərq əgər zayili-zülmət,
Tirə şəb rövşən olur, xəndeyi-dürri-ədənimdən.

Sərv azad isə yerdən mütəhərrik ola müşkil,
Əxz rəftar edə lazım bu xuraman bədənimdən.

Mənəm ol şaxəyi-simin ki, olur bəhrəvər aşiq,
Nari-püstan, ləbi-fındıqvəşü sibi-zəqənimdən.

Həsrətimdən gecənin hicridə üşşaqə nəsim ər,
Yetirə, zində edər, nekhəti-bərgi-səmənimdən.

Şövqi-ləlin eləyib Raqini gər badəyə mail,
Yoxsa sərxoş tapamaz ta ala kamın dəhənimdən.


Tarix: 30.03.2013 / 14:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 110 Bölmə: Qezeller