beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Dili - məhzunimi naşad edən məsrur edər bir gün"

Dili - məhzunimi naşad edən məsrur edər bir gün,
Bu matəmxanəni nəzhətsərayi-sur edər bir gün.

Binayi-səbrimi cövr ilə viran eyləyən memar,
Ümidim var ki, dəsti-lütf ilə məmur edər bir gün.

Həmən səbr etmək istər səngi-barani qəmə, yoxsa
Səbuyi-xatiri məksur edən, məcbur edər bir gün.

Cavanım, saqiyi-dövranə sən də etimad etmə,
Nə külli məsti-naz olsun səni məxmur edər bir gün.

Siyəh-ruzəm dedi Əsəd, şikayət etmə gərdundən,
Şəbüstani-qəmi, rövşənsərayi-nur edər bir gün.
Məşədi Əsəd


Tarix: 30.03.2013 / 14:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Qezeller