beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Olu, ya rəb, bu ki, mən rövzeyi-rizvanə gedəm "

Olu, ya rəb, bu ki, mən rövzeyi-rizvanə gedəm?
Rahəti-canım üçün xidməti-cananə gedəm?

Qurtarıb məhbəsi-cəhrayi-Muğan cövründən
Rəşki-firdövsi-bərin sahəti-Şirvanə gedəm?

Xarü xaşakü Qarağani-Muğandan qurtarıb,
Gülü gülzari-Şəmaxidə gülüstanə gedəm?

Qurtarıb səbhəşümar olmaqdan məsciddə,
Səhni-meyxanədə nuş etməyə peymanə gedəm?

Təngə gəldim bu riyaməslək olan zahiddən,
Ey xoş ol bəzmi-səfa, məşrəbi-rindanə gedəm.

Məscid əhlində ki yox zövq, xudaya, nolu bir
Güşeyi-meykədədə məclisi-ürfanə gedəm!

Zövi tək bangi-müəzzindən olub asudə,
Nəğmeyi-tarü dəfü bərbəti-xoşxanə gedəm.
Məhəmməd Zövi


Tarix: 30.03.2013 / 14:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 96 Bölmə: Qezeller