beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Düşdün tazədən " qəzəli

Ey könül, eşq adlı bir xülyayə düşdün tazədən,
Ahu sevdasında bir səhrayə düşdün tazədən.

Sən bu heyrət mənzilində bir zaman xab etmədin,
Ey gözüm, bir gözləri şəhlayə düşdün tazədən.

Ey gözüm yaşı, olursan mövc ilə qərq aqibət
Gövhər ümmidiylə bu dəryaya düşdün tazədən.

Narahatsan, ey könül, nolub sənə, nəql et görüm,
Yoxsa mən divanə tək sevdayə düşdün tazədən?

Ey mənim cananımı vəsf eyləyən söz-söhbətim,
Nitqdən surət tapıb mənayə düşdün tazədən.

Son zamanlar çırpınırsan, ey könül, neyçün belə,
Yoxsa bu Yasin kimi qovğayə düşdün tazədən?


Tarix: 30.03.2013 / 14:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 92 Bölmə: Qezeller