beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Bu yaşda " qəzəli

Saldın məni, ey gül, dəli sevdayə bu yaşda,
Tən eyləyir aləm məni-rüsvayə bu yaşda.

Eşqin, inan Allaha ki, ey qönçədəhanım,
Döndərdi məni bülbüli-şeydayə bu yaşda.

Yüz dəfə alıb gündə qədəh saqi əlindən,
Qurşandı könül badeyi-səhbayə bu yaşda.

Ar eylədi o heç nə yaxından, nə də yaddan,
Bağlandı könül zülfi-çəlipayə bu yaşda.

Əhvalımı kim gördü təəccüblə soruşdu:
Heç eşq-məhəbbətmi olar, ayə, bu yaşda?

Kamilləşər insan, bu məsəldir, qocalanda,
Düşdüm görəsən bəs niyə xülyayə bu yaşda?

Yasin, elə yaz şerini heç kim deməsin, bax
Sən bir buna, bir yazdığı misraya bu yaşda.


Tarix: 27.03.2013 / 20:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 119 Bölmə: Qezeller