beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Qalsa " qəzəli

Zülfün düşər izzətdən əgər şanəyə qalsa,
Bənd olmaz ona bir dəxi divanəyə qalsa.

Sevdayi-məhəbbətlə yanır atəşə hər dəm,
Yaxmaz özünü atəşə pərvanəyə qalsa.

Insaf sal onun qəlbinə, rəhm et mənə, Yarəb,
Yoxsa ölərəm hicrdə cananəyə qalsa.

Məstanə düşüb zülfünün ətriylə gülüstan,
Yoxsa öyünüb həddin aşar nanəyə qalsa.

Həbs etdi onu qüssə, təkəbbür sədəfində,
Hədyan danışar yoxsa ki, dürdanəyə qalsa.

Meyxanəni gözdən salır hər yerdə bu zahid,
Əlbəttə, dönər Kəbəyə məstanəyə qalsa.

Dünya boğulur bir sürü nadanlar əlində,
Çoxdan düzələr, Yasin, o fərzanəyə qalsa.


Tarix: 27.03.2013 / 20:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 139 Bölmə: Qezeller