beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Varsa " qəzəli

Gəl mənim canımı al bircə günahım varsa,
Qeyri bir şuxi-sitəmkarə nigahım varsa.

Sənsən, ey gül, məni hərçənd ki qovğayə salan,
Xar olum səndən uzaq özgə pənahım varsa.

Açılan hər səhərim sənlə açılsın, daim,
Olmasın sənsiz əgər bircə sabahım varsa.

Ləşkəri-qəmlə döyüşlərdə səbrdir silahım,
Güllə dəysin mənə bir ayrı silahım varsa.

Qarə bəxtimdən axı mən nə şikayət eləyim,
Sən kimi bir qarağöz, zülfi-siyahım varsa.

Qurusun qoy dilim ağzımda, tutulsun nitqim,
Özgə bir ləli-şəkərbarə təmahım varsa.

Yasin, axir nə qalır şükr eləməkdən başqa,
Eşq süfrəmdə “fəraq” adlı mətahım varsa.


Tarix: 27.03.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 154 Bölmə: Qezeller