beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Könlüm qan olur yadə ləbi-yarı salınca " qəzəli

Könlüm qan olur yadə ləbi-yarı salınca,
Xatırlayıb ol şuxi xəyallarə dalınca.

Fikrimdə onu qarşılayıb yüz kərə hər gün,
Bir cam su atıb ağlayıram xeyli dalınca.

Hicran mənə vallah ölümdən də betərdir,
Öldür məni, Yarəb, belə həsrətdə qalınca.

Gül hüsnünə cənnət dedilər naşı adamlar,
Cənnət ola bilməz axı heç qarə xalınca.

Yanmaqdı bu hicr içrə qərarım daha, ey gül,
Varsa, de bilim ayrı yolum, ehtimalınca.

Yarəbb, belə minval ilə gər getsə, bu Yasin
Əldən verəcək canını öz kamın alınca.


Tarix: 27.03.2013 / 20:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 118 Bölmə: Qezeller