beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

" Çox sağ ol " qəzəli

Aşiqini yad elədin, çox sağ ol
Gəldin onu şad elədin, çox sağ ol.

Gör necə bərbad idi könlüm evi
Sən onu abad elədin, çox sağ ol.

Qoy yetişim vəslə, dedim, sevgilim,
Lütf ilə imdad elədin, çox sağ ol.

Qəm məni salmışdı qəfəs küncünə,
Rəhm edib azad elədin, çox sağ ol.

Ahu-zar idi dilimin hər sözü,
Yaxşı ki, dilşad elədin, çox sağ ol.

Aşiqini xar edən əğyar evin,
Qəhr ilə bərbad elədin, çox sağ ol.

Vəsf eləyir şer ilə daim səni,
Yasini ustad elədin, çox sağ ol.


Tarix: 27.03.2013 / 19:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 138 Bölmə: Qezeller