beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Budaq Budaqov - Əsas elmi nailiyyətləri

Budaq Budaqov coğrafi təkanın, sel ocaqlarının təsnifatını vermiş, təbiətin dağıdıcı hadisələrini sistemləşdirmiş, Böyük Qafqazın Azərbaycan hissəsinin geomorfologiyasını, yeni tektonik hərəkətlərini, qədim buzlaşmasını öyrənmiş, ərazinin xəritələrini (1:200000) tərtib etmişdir. İlk dəfə (1956) Qafqazda 3600 m mütləq yüksəklikdə Üst Sarmaq yaşlı dəniz faunasını aşkara çıxarmışdır. Azərbaycanın təbii və antropogen landşaftını, orada baş verən səhralaşmanı, landşafın geokimyasını öyrənmişdir. İlk dəfə Azərbaycanda təbii-dağıdıcı hadisələrin intensivliyinə görə ekoloji-coğrafi şəraiti tədqiq etmiş və ərazinin 1:500000 xəritəsini tərtib etmişdir. Aerokosmik üsullarla Böyük və Kiçik Qafqazın şərq hissəsinin morfostruktur quruluşunun qanunauyğunluqları və landşafın differensiasiyası müəyyənləşdirilmişdir. İlk dəfə Şərqi Avropada və Asiyada türk mənşəli Ermənistan və Gürcüstanda isə Azərbaycan mənşəli toponimləri öyrənmişdir.

Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 1976, geomorfologiya
Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: 1989, geomorfologiya
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 1051; o cümlədən: elmi-populyar – 475; elmi əsər – 576
Xaricdə çıxmış elmi əsərlərin sayı: 71


Tarix: 06.02.2015 / 16:39 Müəllif: Feriska Baxılıb: 29 Bölmə: Qərbi Azərbaycan