beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nusret Kesemenli Seirleri

xxxxx
Niye geldin, axı,
Seni men çağırmamışdım.
Özün gelmişdin,
qara bir sevda kimi,
Üreyimin ekin yerine
quş dimdiyinden düşen buğda kimi
Cücermeyeydin gerek,
hesretinle baş – başa qalacaqdımsa,
Gözleye - gözleye heykel kimi donacaqdımsa,
heç gelmeyeydin gerek...
Duru göle daş atıb
bulandırma demişdim.
Yaşım da o yaş deyil,
dolandırma demişdim.
Ümidimi qatiltek
öldürmeyeydin gerek,
Şamın son şölesini
söndürmeyeydin gerek,
Niye geldin sen, axı,
Heç gelmeyeydin gerek...

Bir quş yuvası kimi
üreyim boş qalıbdı.
Sene kim bağışlayar
bu çekilmez günahı?!
Niye geldin sen, axı...

xxxxx

Getmek isteyirsen

Getmek isteyirsen, behanesiz get,
Oyatma mürgülü xatireleri.
Sesin hemin sesdir, baxışın ögey,
Gedirsen, sesin de yad olsun barı...

Sen deniz qoynuna tullanmış çiçek,
Üstüne dalğalar atılacaqdır.
Saxta mehebbetin saxta senedtek
Ne vaxtsa üstünde tutulacaqdır.

Döşenib yollartek ayaqlarına
Sene yalvarımmı...bü mümkün deyil!
Qoymaram qelbimtek vüqarım sına
Alçalıb yaşamaq ömür-gün deyil.

Demirem sen uca bir dağsan, eyil,
Demirem qalıbdır elacım sene.
Ne sende mehebbet qara pul deyil,
Ne men dilençiyem el açım sene...

Getmek isteyirsen...
O yol, o da sen...
Bir cüt göz baxacaq arxanca senin.
Getdinmi...
Ne vaxtsa dönmek istesen
Tikanlı yastığa dönecek yerin.

Getmek isteyirsen...
Ne danış, ne din!
Yox ol uzaqlartek dumanda, çende...
Neyimi sevmişdin?
Deye bilmedin,
Indise yüz eyib görürsen mende.

Getmek isteyirsen,
Behanesiz get,
Oyatma mürgülü xatireleri.
Sesin hemin sesdir,
Baxışın ögey,
Gedirsen,
sesin de yad olsun barı...

xxx

Bu eşqin yasını saxlayacağam,
Sen geden yollara baxmayacağam.
Ağlasam, gizlice ağlayacağam,
Menim göz yaşımı görmeyeceksen.

Tale oyunlara atacaq seni
Feryadın göylere çatacaq senin.
Günahın gözünü tutacaq senin,
Menim göz yaşımı görmeyeceksen.

O gülen şekline baxıb ağlasam,
Gözüme bir eynek taxıb, ağlasam.
Üzümü ovcuma sıxıb ağlasam,
Menim göz yaşımı görmeyeceksen.

Sen ele bilme ki, qemden uzaqsan,
Bir yağış altında sönen ocaqsan.
Üzüme baxmağa utanacaqsan,
Menim göz yaşımı görmeyeceksen!

xxxxx

Gel dedim, köksüme yaralı düşdü,
El açdım, ellerim aralı düşdü,
Ona bu ağ dünya qaralı düşdü,
Bir sevda ağlayır içimde menim.

Qedri bilinmedi, ömrü qırıldı,
Hesret boyun bükdü, hicran yoruldu,
O her gün incidi, hır gün vuruldu,
Bir sevda ağlayır içimde menim.

Min gül solduranlar, min gül derdiler,
Yüngül çiçekleri, yüngül derdiler,
Men ürek açanda baxıb gördüler,
Bir sevda ağlayır içimde menim...

Düneni bükülü xatiresine,
Vurğundur bu günü xatiresine,
Qısılıb mürgülü xatiresine
Bir sevda ağlayır içimde menim...

Bacara bilmedim özüm – özümle,
Dil tapa bilmedi işim sözümle,
Menim feryadımla, menim gözümle
Bir sevda ağlayır içimde menim.

Menem daş daşıyan o mehebbete,
Itmiş qaş – daşıyam o mehebbete,
Özüm başdaşıyam o mehebbete,
Bir sevda ağlayır içimde menim...

Gec oldu qedrini men bilende de,
Sevinci yaşayıb, qem bölende de,
Üzüme baxmayın, men gülende de,
Bir sevda ağlayır içimde menim...

xxxxxx
Daha nağıllara inanmıram men
Çapıb öz atını Ağ atlı getdi,
Atları şimşekden qanadlı getdi,
Uşaq yaddaşımı qanatdı getdi,

Daha nağıllara inanmıram men.
Nenemin inamı, derdi nağıllar
Namerde aldatdı merdi nağıllar,
Bizi yuxulara verdi nağıllar,

Daha nağıllara inanmıram men
Uşaq ovutmağa bir noğul idi,
Sözlerde yaşayan bir ağıl idi,
Yaxşı adamlar da bir nağıl idi,

Daha nağıllara inanmıram men
“Sim Sim” i sözle yox zorla açdılar,
Tilsimi min cüre yolla açdılar,
Him – cimi möhürlü qolla açdılar,

Daha nağıllara inanmıram men
Fatmalar ayağı kendirde qalmır,
Xemrimiz küt gedir, tendirde qalmır,
Qarğalar tülküye daha aldanmır,

Daha nağıllara inanmıram men
Acı heqiqetler bal dadır indi,
Arısı olmayan bal satır indi,
Keçeli saçlılar aldadır indi,

Daha nağıllara inanmıram men
Ele yuxularda atlar kişnedi,
Divleri qazana saldım,bişmedi.
Gözledim, göylerden alma düşmedi.
Daha nağıllara inanmıram men!...


Tarix: 19.11.2013 / 03:46 Müəllif: Akhundoff Baxılıb: 707 Bölmə: Nüsrət Kəsəmənli