beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yatma mövqeyi kişilərin seks həyatından nə deyir?

Təkcə yuxu pozasını bilsəniz, həmin kişi haqqında ən gizli məlumatları əldə etmiş olarsınız. Çünki yuxu pozası bir kişinin gizli cinsi arzuları və seks stili haqqında çox şey deyir. Kişilərin seks həyatı haqqında ipuclarını təqdim edir:

Üzü üstə
Bu kişinin idarə etməkdən xoşu gəlir. Onun iradəsi çox güclüdür. Bu kişilər ümumiyyətlə, hədəfə kilidlənmiş bir şəkildə hərəkət edirlər.

Üzüüstə yatan kişi ənənəviliyi sevir. Dəyişikliklərdən xoşu gəlmir. Sevdiyi pozaya sadiq qalır. Sıravilikdən xilas olmaq üçün arada bir ona fərqli üsullar təklif edin ya da heç gözləmədiyi bir anda onu öpməyə başlayın.

Kürəyi üstə
Bədənini bu şəkildə sərbəst saxlaması özünə olan güvəninin və optimizminin işarəsidir. Bu yuxu mövqeyi ilə bədəninin həssas nöqtələrini ortaya çıxardaraq şüur altından özünə nə qədər güvəndiyinin siqnallarını göndərir.

Qollarını və əllərini hara qoyduğuna diqqət yetirin. Kral mövqesində (qollarını başının arxasına aparmaq) yatırsa, bu qürurlu bir şəxsiyyətə işarə edir. Kürəyi üstə yatanlar ümumiyyətlə, çox sosial insanlardılar və həmişə diqqət mərkəzində olmaq istəyirlər. Bu şəkildə yatmasının arxasında özünü ön planda tutmaq istəyi var.

Arzuladığı seks çox ehtiraslı və tez-tez orqazm vəd edən seksdir. Misyoner pozası onlar üçün daha uyğundur. Çünki seksdə də hakimiyyəti öz əllərində saxlamaq istəyirlər.

Yan tərəfə dönmək
Kişilərin çoxu bu yuxu pozasında yatırlar. Rahat və asan yola gedən insanlardılar. Əgər ayaqlarını özünə tərəf çəkibsə, bu, onun romantik bir insan olduğunu göstərir. Bu tip kişilər ön sevişməyə çox əhəmiyyət verirlər. Bu baxımdan qadınları təmin etməyi bacarırlar. Ehtiraslı şəkildə öpüşən qadınlara tez bir zamanda bağlanırlar.


Tarix: 26.02.2015 / 18:19 Müəllif: Aziza Baxılıb: 232 Bölmə: Maraqli Melumatlar