beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yoqanın cinsi həyata təsiri

Daim stress altında olan müasir insana gündəlik qayğılar, problemlər onun özü və ətrafı ilə harmoniyada yaşamağa imkan vermir. Bəs çarə varmı? Əlbəttə ki, var. Çarə meditasiyadır və yoqadır. Yoqa həm mənəvi, həm də fiziki cəhətdən insanın yorğunluğu aradan qaldırır. Gərginlik və stressdən azad edir. Elmi araşdırmalar yoqanın insan üçün aşağıdakı faydalarını üzə çıxarıb.

Fizioloji təsiri:
Yoqa duruşu düzəldir. Yoqa ilə məşğul insanlarda 2 həftədən sonra qozbellik və əyrilik müşahidə olunmayıb. Baş, çiyin və qarın duruşu tamamilə dəyişir.

Yoqa mükəmməl ağrıkəsicidir. Xroniki ağrıları aradan qaldırır.

Mütəmadi olaraq məşğul olsanız, bir müddətdən sonra ağrılarınız azalacaq.

Yoqa artıq çəkidən xilas olmağa kömək edir. Həddindən ziyadə çox yemək arzusunu öldürür. Həmçinin mütəmadi olaraq yoqa ilə məşğul olan insanlar şirniyyat xoşlamırlar.

Yoqa cinsi həyatı rəngləndirir. Yoqa qan dövranını sürətləndiridiyi üçün cinsi istəklərin artmasına səbəb olur.

Yoqa bədəni, sümükləri və əzələləri gücləndirir.

Fiziki, əqli gərginliyi və yorğunluğu aradan qaldırır.

Arterial təzyiqi və ürək döyüntüsünü normada saxlayır.

Tənəffüs sisteminin fəaliyyətini normallaşdırır.

İmmuniteti qaldırır.

Beyin dalğalarının aktivliyini normallaşdırır.

Gümrahlıq və enerji verir.

Hüceyrə səviyyəsində qocalmanın sürətini aşağı salır.

Müxtəlif tip asılılıqları, o cümlədən yemək, narkotik və alkoqol asılılığını aradan qaldırmağa kömək edir.


Psixoloji təsiri:
Yoqa xoşbəxtlik gətirir. Yoqa bədəndəki xoşbəxtlik hormonu sayılan seratonini aktivləşdirir. Bu baxımdan psixoloji problemləri və depressiyada olanlara müsbət təsir göstərir. Stress hormonlarının sintezini aşağı salır.

Narahatlıq, gərginlik, stress və depressiyanı aradan qaldırır.

Müxtəlif qorxular, o cümlədən ölüm qorxusunu zəiflədir və aradan qaldırır.

Həyatdan həzz alma hissi və əhval-ruhiyyəni yüksəldir.

Özünə inam hissini bərpa edir və yüksəldir.

Diqqətsizlik problemini aradan qaldırır və diqqəti cəmləmək bacarağını yüksəldir.

Emosiyaları və özünü idarəetmə bacarığını inkişaf elətdirir.

İntellekt və analiz qabiliyyətini yüksəldir.

İnsanı nifrət, qəzəb, qısqanclıq kimi neqativ və zərərli hisslərdən azad edir.

İradəni gücləndirir.

İnsanda xeyirxahlıq hissini yaradır.


Tarix: 26.02.2015 / 18:05 Müəllif: Aziza Baxılıb: 361 Bölmə: Maraqli Melumatlar