beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bagiranı yaxına buraxmaram

Tanınmış futbolçu:“Bagiranı heç vaxt yaxına buraxmaram”-MÜSAHİBE Azerbaycanın en titullu qapıçısı, Bakının “Standard” klubunun kapitanı Hüseyn Mehemmedovun apasport.az saytına müsahibesiniixtisarla teqdim edir. - Bildiyimize göre, dostlarınız arasında qeyri-futbol adamları, konkret olaraq, müğenniler de var… - Doğrudur. Tek bir müğenni yox, çoxdur. - Onlar kimdir ki? - Adlarını açıqlamaq istemezdim. Deye bilerem ki, onlarla semimi dostuq. - Her halda, onlardan birinin müğenni Bagira olduğunu bilirik. O, saytımıza müsahibesinde sizi terifleyib, xoş sözler deyib… - Olan şeyleri söyleyib de…. Her bir futbolçu bele olmalıdır. İnsanın ilk növbede gözü tox, qabiliyyetli, diqqetli olmalıdır. Futbolçu öz hereketi, davranışı ile seçilmelidir. Jurnalistlerle de dostluq etmek olar. Şexsen size, hemkarlarınıza böyük hörmetim var. Heç kes deye bilmez ki, Hüseyn Mehemmedov metbuat işçilerine qarşı pis hereket edib. Herden jurnal da oxuyuram. Görürem ki, dünyanın tanınmış futbolçuları maneken ve müğennilerle dostluq edirler. Bu, insana heç bir zerer getirmez. Eksine, normal haldır. Fikrimce, tanınmış futbolçu bele de olmalıdır. - Hetta bezi müğenniler meşhur futbolçularla yaxından tanış olmağı, dostluq etmeyi özleri üçün şeref bilirler… - Ele de olmalıdır. Niye başqa ölkelerde olur, amma azerbaycanlı futbolçular üçün yox? İsterdim ki, futbolçularımız dünyada tanınmış hemkarları seviyyesinde olsunlar. O derecede sevilsinler, xeyli fanatları olsun. - Bagira ile ailevi dostluq edirsiniz? - Yox. Sadece, dostuq da. Bu, yalnız beledir. - Bes xoşagelmez söz-söhbetlerin yaranmasından çekinmirsiniz? - Esas odur ki, mesafeni saxlayasan. Qadınla dost olmaq o demek deyil ki, xoşagelmez şeyler, fikirler yaransın. - Bele çıxır ki, Bagira ile münasibetleriniz yaxın deyil? - Bundan söhbet gede bilmez. Münasibetlerimiz ancaq “salam, sağ ol” seviyyesindedir. - Maraqlıdır, onunla tanışlığınız nece yaranıb? - Meclislerin birinde tanış olmuşuq. - Dostluq etdiyiniz müğennilerin yaradıcılığınızı izleyirsinizmi? - Pis çıxmasın, buna marağım da olmayıb. Heç bir müğenninin fanatı olmamışam. Düzdür, gözel müğennilerimiz ve ela ifaları var. Bunun söhbeti yox. Amma musiqi ile derinden maraqlanmamışam. - Bagira ile tez-tez görüşürsünüz? - Ayda, ilde bir defe. İmkan düşende bir yerde oluruq. Amma yene de deyirem ki, özüm heç vaxt onu yaxına buraxmaram.


Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 668 Bölmə: Maraqli Melumatlar