beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bunlar seks həyatınıza mənfi təsir edir

İngiltərədə “Cütlüklərin seks həyatından soyumasına səbəb olan amillər hansılardır?” mövzusunda aparılan araşdırmaya əsasən məlum olub ki, sosial şəbəkələrdə daha çox vaxt keçirən və bir sıra maddi sıxıntılarla üzləşən cütlüklər get-gedə bir-birlərindən və seks həyatından uzaqlaşmağa başlayırlar.

15 min ingilisin iştirak etdiyi anket soğusunda 16-44 yaş arasında cütlüklərin ayda beş dəfədən daha az sekslə məşğul olduqları məlum olub.

Bu sorğu nəticələri 1990-1991 və 1999-2001 illərdə eyni yaş qrupları arasında keçirilən sorğu ilə müqayisə olunub. Və nəticələr onu göstərib ki, bu illərdə sorğuda iştirak edənlərin vəziyyəti hazırkı sorğu iştirakçılarının nəticələrindən daha ürəkaçan idi: onlar tərəf müqabilləri ilə ayda altı dəfədən daha çox birlikdə olduqlarını bildirmişdil

Modern həyat tərzi münasibətlərə mənfi təsir göstərir.

Kapitalizm insanları işləri və maddi ehtiyacları mövzusunda daha həssas olmağa məcbur edir. Maddi ehtiyacları və işləri ilə bağlı müxtəlif problemləri olan insanlar isə seks həyatından uzaqlaşırlar. Onlar digər ehtiyaclarını (iş, pul) təmin etməyi cinsi istəklərini təmin etməkdən daha üstün hesab edirlər.

Digər bir fikrdə isə müasir texnologiyanın insanları seks həyatından uzaqlaşdırdığı deyilir. Anket sorğuda iştirak edənlər bildiriblər ki, onların cinsi həyatının yolunda getməməsinin əsas səbəblərindən biri də ağıllı telefonların, planşet və tabletlərin yataq otaqğına daxil olmasıdır. Artıq cütlüklər axşam yatarkən bir-biriləri ilə söhbət etməkdənsə, sosial şəbəkələrdə digərlərinin paylaşdıqlarına şərh bildirməyi, onlarla söhbətləşməyi daha üstün hesab edirlər.

University College Londonun professoru Cath Mercer isə eyni zamanda bildirir ki, 16-44 yaş arasındakı cütlüklər seks əvəzinə internetdən pornoqrafiya izləməyi daha üstün tuturlar.

Maraqlıdır ki, seks həyatına mənfi təsir edənlər sırasında hətta xəyanət belə öz yerini yuxarıda sadalananlara verərək, sonrakı yerdə qərarlaşıb.


Tarix: 01.03.2014 / 02:45 Müəllif: ADMIN Baxılıb: 180 Bölmə: Maraqli Melumatlar