beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Prezervativlerle zibillenmiş festival

Dünya rok ulduzlarının iştirak etdiyi “ROCKN COKE-2009”-dan özel görüntüler “Coca-Cola” Türkiyenin İstanbul şeherinde növbeti rok festivalını “ROCKN COKE-2009”u keçirdi.“Coca-Cola”nın teşkilatçılığı ile bir qrup azerbaycanlı jurnalist 17-19 iyul tarixlerinde keçirilen “ROCKN COKE”u işıqlandırmaq üçün İstanbula gedib. Azerbaycanlı qrupun arasında Lent.az-ın emekdaşı da olub. Linkin Park, Nine İnch Nails, The Prodigy… Qısa arayış vererek bildirim ki, “ROCKN COKE” ilk defe 7 il evvel keçirilib. “ROCKN COKE-2009” sayca 6-cı bele tedbir idi. Bele ki, keçen il keçirilmeli olan “ROCKN COKE” gerçekleşmeyib. Buna sebeb dünya rok ulduzlarının İstanbula eyni vaxtda yığışmasında problem olmasıdır. Beli-beli, dünya rok ulduzları, qruplar: Linkin Park, Nine İnch Nails, The Prodigy… Rok ulduzları onları müşayiet edenlerle birlikde 500 nefer teşkil edirdi. Mesele burasındadır ki, İstanbuldakı “ROCKN COKE”-larda bir qayda olaraq, yerli ifaçılarla yanaşı, dünyanın en önde olan rok ifaçıları yığışır. Özü de her il Türkiyenin en böyük açıq musiqi konsertini düzenlemek üçün “Coca Cola” milyonlarla dollar xercleyir. Bes göresen, şirketin bu qeder para serf etmesinin sebebi nedir? Men bu sualı teşkilatçıların nümayendesi – “Coca Cola”nın Genclere yönelik şöbesinin müdiri Onur Dedeköylüye de verdim. Dedeköylü musiqinin Türkiye üçün çox önemli olduğunu, 20 türk gencinden 19-nun musiqi dinlediyini deyir. Onun sözlerine göre, bu ölkede musiqiye bu qeder önem verilmesine ve Türkiyede bu cür enenevi festivalların keçirilmediyini nezere alan “Coca Cola” ilde bir defe “ROCKN COKE” düzenlemek qerarına gelib: “Türkiyede festival enenesi olmadığından ilde bir defe rok festivalı keçirmeye başladıq. Biz bunu insanlara destek vermek üçün edirik”. Ancaq eslinde bu fikirlerle tam razılaşmaq olmur. Gerçekde “Coca Cola” festivalı özünün reklamı üçün keçirir. Mesele burasındadır ki, festivala 40 min insan qatıldı, milyonlarla tamaşaçı ise bu tedbirden görüntüleri izleyir. Bu zaman onlar istedi-istemedi “Coca Cola”nın reklamını görür. Onur Dedeköylü festivala xerclenen pulun mebleğini açıqlamasa da, bu tedbirin qazanclı olmadığını söyledi. Maraqlı ola bileceyini nezere alaraq, festivala giriş üçün biletlerin qiymetlerini de yazıram. Belelikle, mayın 25-den iyulun 17-dek bir günlük bileti 75 lireye (texminen 38 manat), 3 günlük bileti ise 130 lireye almaq olardı. Konsertin keçirildiyi mekanın giriş qapısında ise bir günlük bilet 90, 3 günlük ise 150 lireye idi. Bundan başqa, festivalın keçirildiyi “İstanbul Park”-da müxtelif alış-veriş merkezleri, kiçik kafeler, internet-kafe, eylence ve diger müxtelif xidmet yerleri de var idi ki, bunlar da elave qazanc getirirdi. Yeni, insanların festival müddetinde bir neçe milyon dollar xercledi. Ancaq buna baxmayaraq, “Coca Cola”nın nümayendesinin de dediyi kimi, gelir çekilen xerci ödemedi. İri reqemler… Yeri gelmişken, festival “İstanbul Park”ın 80 min kvadratmetrlik neheng erazisinde keçirilirdi. “İstanbul Park”da festivalın keçirilme veziyyetine getirilmesi üçün ay yarım müddetinde 150 nefer işleyib. “İstanbul Park”da biri esas sehne ve biri “Coca-Cola-Zero” sehnesi olmaqla bir neçe sehne vardı. Festival müddetinde insanların ixtiyarına 165 mobil tualet ve 24 eded elüzyuyan verilmişdi. Konserte gelenlerin tehlükesizliyini qorumaq üçün 1000 nefer resmi ve özel qurumların emekdaşları celb olunmuşdu. 100 neferlik tibbi heyet ise festival iştirakçılarının sağlamlığına cavabdehlik daşıyırdı. Ümumilikde ise “ROCKN COKE-2009”-un keçirildiyi müddetde 8 min nefer çalışırdı. Yüzlerle qoruyucu… Türkiyede roku sevirler. Elbette, hamı yox. Ancaq rok heveskarları arasında genclerle yanaşı, yaşlılar da var. Baxmayaraq ki, festivala gelenler arasında yaşlı neslin nümayendelerine çox az rast gelmek olurdu. Gencler ise… Bu kompleks keslerin esl rok heveskarı olduğunu müeyyenleşdirmek qeti çetin deyildi: köyneksiz oğlanların çoxu “şortik”de, qızların ise ekseriyyeti çimerlik paltarındaydı. Onlar heç kime fikir vermeden reqs edir, sevişir ve başqa isteklerini yerine yetirirdi. Konserte gelen 40 min neferin texminen 39 minini gencler teşkil edirdi. Onların böyük ekseriyyeti cütlüklerden ibaret idi. Hemin cütlüklerin bir qismi özleri ile getirdikleri çadırlarını konsert keçirilen yerin yaxınlığındakı boş sahede qurmuşdu. Burada yüzlerle bele çadır vardı. Haşiye: Hele festivaldan evvel hemkarlarımdan biri ile İstanbulda gezerken bitkiden hazırlanan mehsulların satıldığı dükanda bir oğlanla tanış olduq. Azerbaycanlı müğenni Röyanın mahnılarının heveskarı olan satıcı “ROCKN COKE” festivalı ile bağlı maraqlı bir melumat verdi: “Menim dostum 2007-ci ilde keçirilen festival zamanı tamaşaçılara xidmet gösterenlerdin idi. O, festival bitenden sonra erazini yığışdırarken yüzlerle qoruyucuya (prezervativ) rast gelmişdi. Onların sayı o qeder çox olub ki, dostum hemin hadiseden sonra iyrenerek heç vaxt qoruyuculardan istifade etmedi


Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 506 Bölmə: Maraqli Melumatlar