beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Amerikalı kişi ikinci uşağını doğdu

Tomas Beati özünü doğduğu uşaqların atası sayır! Cinsiyyetini deyişenden sonra kişiye çevrilen amerikalı Tomas Beati ikinci uşağını doğub…. Lent.az-ın “The Daily Mail”a istinaden verdiyi melumata göre, bu defe o, oğlan uşağı dünyaya getirib. Beverli-Hilz klinikasının doktoru Liza Masterson bildirib ki, bele şexsler cinsiyyeti deyişenden sonra bele uşaq doğa bilerler: “Çünki onlarda qadınlarda olduğu kimi uşaq doğmaq orqanları qalır”. 35 yaşlı Tomas Beati cinsiyyetini deyişerek kişiye çevrilenden ve hamile olduğu görünen şekillerinin derc edilmesinden sonra meşhurlaşıb. Texminen bir il evvel – 2008-ci il iyulun 3-de onun qızı olub. Uşağı Syuzan adlandırıblar. Noyabrda ise o, ikinci defe hamile olduğunu açıqlayıb. Tomas Beati bildirib ki, doğuşdan sonra kişi harmonlarının qebul edilmesini berpa etmeyib ve bu sebebden de, yeniden uşağa qalıb: “Men diger qadınlardan ancaq onunla ferqlenirem ki, uşağımı döşümle emizdire bilmirem. Amma bir çox qadınlar da bunu etmirler”. Qeyd edek ki, Tomas Beatı cinsiyyetini deyişenden sonra evlenib. O, 46 yaşlı Nensi ile aile heyatı qurub ve onlar özlerini normal heteroseksual aile sayırlar: “Men öz uşağımın atasıyam”.


Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 253 Bölmə: Maraqli Melumatlar