beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyada ilk seks məktəbi açılıb

Dünyada ilk seks məktəbi açılıb :)

Aztibb-dən götürdüyümüz məlumata görə, dünyada ilk dəfə olaraq seks məktəbi açılıb. Özəl məktəbin İsveçrədə doğulan Ylva-Maria Tompson adlı bir qadın tərəfindən açıldığı bildirilir. Məktəb Avstriya Beynəlxalq Seks Məktəbi (AISOS) adlanır. Bu məktəbdə “sevgi elmi” tədris olunacaq. Bu elmə aşağıdakı predmetlər daxil olacaq: seks tarixi, müasir seks nəzəriyyəsi, praktiki seksuallıq kursu, anatomiya və s.

Tompsonun sözlərinə görə, şagirdlər eyni yataqxanalarda qalaraq ev tapşırıqlarını birlikdə edəcəklər.
Qadın vurğulayıb ki, təhsil nəzəri deyil, praktik dərslərdən ibarət olacaq. Və təhsilin əsas məqsədi necə yaxşı bir sevgili olmağın öyrədilməsidir. Dərslərin arasında cinsi mövqelər, əzizləmə texnikaları, anatomik xüsusiyyətlər kimi mövzular üstünlük təşkil edəcək.

Özəl məktəbə isə yaşı 16-dan yuxarı olan hər kəs gedə biləcək. Məktəbdə tədris alman dilində olacaq, lakin sonralar digər dillərdə də tədris olması gözlənilir. Məktəbdə tədrisin kursu 1400 avro təşkil edir. Bu məktəbə maraq hədindən artıq böyük olub. Kurslara yazılmaq üçün artıq bütün yerlərin dolduğu bildirilir. Məktəbdə həmçinin ailə cütlükləri üçün də kurslar təşkil edilib. Qeyd edək ki, məktəb özünü tanıtmaq məqsədi ilə Avstriya kanalında reklam vermək istəyib. Ancaq təqdimat filminin TV standartlarına uyğunsuzluğu həmin təklifi rədd edib. Məktəbin diplomunu almaq üçün şağirdlər praktiki məşğələlərdən ibarət imtahan da verməli olacaqlar...


Tarix: 19.11.2013 / 02:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 212 Bölmə: Maraqli Melumatlar