beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadina tehsil lazimdir?

Qadının yetişdirdiyi uşağın cemiyyetin heyatında hansı mövqeyi qazanması, dövletimizin inkişafında nece iştirak etmesi ailenin, en esas da qadının – ananın onu nece terbiye etmesinden çox asılıdır. Uşaqların telim-terbiyesinde ananın oynadığı rol danılmazdır. Ana bu baxımdan rehberlik ve beledçilik mesuliyyeti daşıyır. O, övladını aydın düşünmeye, saf eqideye ve düzgün edeb-erkana yiyelendirir. Aydındır ki, bütün bu ağır mesuliyyetin öhdesinden gelmek üçün ilk növbede ana özü tehsilli olmalı, maariflenmelidir. Buna göre de ölkede tehsil sahesinde gender beraberliyinin temin olunmasına çalışmaq lazımdır, daha çox qızların tehsil almasına şerait yaratmaq lazımdır. Her şeyden evvel, qeyd edek ki, Şerqde ilk defe kişi ile qadının hüquq beraberliyi,beraber tehsil alması mehz “Qurani-Kerim”de beyan edilmişdir. İslam dininin müqeddes kitabı “Qurani-Kerim”de qadın, onun hüquqları, ananın müqeddesliyi, cemiyyetde evezolunmaz rolu meseleleri geniş eks olunmuşdur. “Qurani-Kerim”deki ehkamlar kişi ile birge qadını da Allah bendesi sayır ve bütövlükde ilahi öhdeliklerin her iki cinse aid olması gösterilerek, kişi ve qadın kimi onlara qoşa müraciet edilir. Bundan başqa, bu müqeddes kitabda cins ferqi qoyulmadan, her bir kesin tehsil almasını en birinci sırada tutur.

Bele ki, Mehemmed Peyğember (s.e.s.) buyurmuşdur ki, “Elmi beşikden qebredek öyrenin”, “Bilmediyinizi soruşun”, “Bir saat elm öyrenmek 60 il nafile ibadetden üstündür”, “Elm öyrenin, çünki elm sahibi yaxşını pisden seçmeyi bacarır”.

Bütün bu müdrik fikirler tebii ki, yalnız kişilere deyil, hemçinin qadınlara da aid edilir.



Qadın tehsil almaqla ilk növbede heyatda daha inamlı, daha cesaretli fealiyyet gösterir. Bu cür tehsilli qadınlar cemiyyetde öz hüquq ve vezifelerini düzgün derk edirler ve eyni zamanda daim hüquq ve azadlıqları uğrunda mübarize aparırlar. Bundan başqa, qadın her şeyden evvel anadır. Ana her bir övladını terbiye ederken çox böyük mesuliyyet daşıyır. O ölkenin gelecek neslini
yetişdirir. Uşağın cemiyyetle tanışlığında ilk vasiteçi de anadır. Mehz aile ve cemiyyetle davranış normalarını da, fikir mübadilesini de uşaq anadan öyrenir. Bütün bunlarda müveffeqiyyet elde etmek ise düzgün heyata keçirilmiş telim-terbiyeden asılıdır. Bu işde ise elbette ki, ananın tehsilli olması en vacib amillerden biridir. Qadın ister bir ana, isterse de cemiyyetin bir nümayendesi kimi milli ve dini medeniyyeti uşaqlara ötürür. Tebii ki, ananın maariflenmesi, elmi mütaliesi sayesinde uşaqlar bunları qazanırlar. Eyni zamanda bunun sayesinde gelecekde onların qarşılaşa bileceyi çetinlikleri özleri hell etme bacarığına qadır olurlar.

Qadınların tehsilli olmasının ölke, milletin geleceyi üçün ne derecede vacib olduğunu böyük xeyriyyeçimiz HacıZeynalabdin Tağıyev bu cür ifade edirdi: “Anaları savadsız olan milletin gözü kordur”. Her bir vetendaşın ilk terbiyesi ananın adı ile bağlıdır. Dövletimiz, cemiyyetimiz gelecek nesillerin elinde olduğu üçün ölkenin, cemiyyetin gelecek taleyi de mehz qadının tehsilli olmasından çox asılıdır. Demeli, qadınların savadlı olması, inkişafı milletin inkişafı demekdir. Bele ki, qadın ne qeder savadlı olsa, elmi tehsili mükemmel olsa bir o qeder terbiyeli övlad yetişdire biler. Neticede ise ölkenin geleceyi etibarlı ellerde olar.


Tarix: 28.02.2013 / 20:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 686 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri